Ölkənin qanuni idman mərc oyunları operatoru “Misli”nin stimullaşdırıcı lotereyasında adını bəxtəvər qaliblər sırasına yazdıran daha 31 nəfərə hədiyyələri təqdim olunub. 6-cı tirajda da 10 ədəd “iPhone 14 Pro Max”, 10 ədəd 65 düym ekranlı Samsung TV, 5 ədəd 1 000 manatlıq məişət texnikası kuponu, 5 ədəd "Playstation 5" və 1 ədəd 10 min manat dəyərində səyahət kuponu qazanılıb.
Son iki tirajı keçiriləcək “SÜR-PRİZLƏR Mövsümü”ndə bir-birindən dəyərli hədiyyələr uğrunda bəxtinizi sınaya bilərsiniz. Hazırda davam edən lotereyada 2 ədəd 10 min manat dəyərində səyahət kuponu, 20 “iPhone 14 Pro Max”, 20 ədəd 65 düym ekranlı Samsung TV, 10 “PlayStation 5”, 10 ədəd elektronika mağazasından 1000 manat dəyərində alış-veriş kartı və ən əsası 1 ədəd “Audi Q7 Comfort Plus” avtomobili sahiblərini gözləyir.
Tirajların birində iştirak etmiş bütün iştirakçılar, qalib olmayanlar və qalib olmuş iştirakçılar yenidən sonuncu tirajda keçirilən “Misli Cekpot”unda avtomobil uğrunda yarışa bilərlər.