“Bağlamanız anbara daxil olub, lakin ünvan məlumatı natamam olduğu üçün çatdırıla bilmədi. Lütfən, linkdə ünvanınızı təsdiqləyin”. Xezerxeber.az-ın məlumatına görə, son günlərdə bəzi şəxslərə “Azərpoçt”un adından bu cür mesajlar göndərilir. Sonra isə həmin keçidə daxil olan şəxslərin kart hesabları istənilir və dələduzluq əməli törədilir.
Paytaxt sakini Fuad Soltanlı da belə dələduzluğun qurbanlarından biridir.
Onun sözlərinə görə, sifariş verdiyi məhsulun gəldiyini zənn edərək göndərilən mesaja reaksiya verib.