Türkiyənin "Show Tv" kanalında yayımlanan "Didem Arslan Yılmazla vazgeçme" verilişində aparıcı Xoşqədəm Baxşəliyevanın həyat yoldaşı, türkiyəli müğənni Doğuşla bağlı şok iddia irəli sürülüb.
Doğuş Xoşqədəmlə evli ola-ola başqa qadınla dini nikaha girib
Verilişə qonaq olan Esra adlı qadın Doğuşla dini nikahının olduğunu və boşanaraq onunla evlənəcəyini bildirdiyini irəli sürüb:
"Doğuş boşanacağını deyirdi. Evli olduğu halda dini nikah etdik. Evli olduğu halda niyə dini nikah etdiyimizi soruşdum. Cavabında günahdır dedi. Boşanacağını bildirirdi. Qəribə xasiyyəti var. Əlimdən belə tutmurdu"./Olay.az