Meyxana ustası Baləli həmkarları ilə birgə Xəzər Tv-də yayımlanan "Xəzər Axşamı" proqramının qonağı olub.
Milli.Az xəbər verir ki, hər zaman sosial medianın gündəminə düşməyi bacaran meyxanaçı bu dəfə də ənənəsinə sadiq qalıb.
Belə ki, onun efir zamanı canlı muğam ifa etməsi böyük marağa səbəb olub. Baləlinin bu istedadı verilişin aparıcısı Metanet Eliverdiyeva və digər qonaqların təəccübünə səbəb olub. Onlar səsləndirilən ifaya təriflər yağdırıblar.