Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Prezident İlham Əliyev Qazaxıstana səfərə gəlib

995
Paylaş:
Prezident İlham Əliyev Qazaxıstana səfərə gəlib

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gəlib.

Pravda.az xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:

Ən son xəbərlər