Aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuş haqqında "Show Tv" kanalında yayımlanan "Didem Arslan Yılmazla vazgeçme" verilişində daha bir şok iddia ortaya atılıb.
Pravda.az Teleqraf.com-a istinadla xəbər verir ki, Esra adlı qadın Doğuşla dini nikah bağladığını deyib.
"Həyat yoldaşından boşanacağını və niyə səninlə evlənmədim və sair deyirdi. Mən onu, o da məni sevirdi. Mənimlə evlənəcəyini və Antalyada yaşayacağımızı planlaşdırmışdı. Doğuş bir neçə dəfə evimdə qalıb. Həyat yoldaşı və uşaqları Azərbaycanda idi. Hələ də Doğuşu insan kimi sevirəm. Mən ona, o da mənə hədiyyə alıb. Mənə iki qızıl üzük hədiyyə edib, onları da atdım.
Dini nikah günü Doğuş məni ana-atamın məzarına apardı. Sonra restoranda səhər yeməyi yedik. O zaman həyat yoldaşından ayrılmaq istədiyini dedi. Doğuş həyat yoldaşının ondan boşanması üçün bir milyon dollar istədiyini söylədi. Onu dəqiq bilmirəm. Sonra Azərbaycana getdi, bir il orada qaldı. Həmin günü gəldi, dini nikahda iki rəfiqəm və Doğuşun meneceri iştirak edib.