Bu gün səhər saatlarında Gəncədə Səbinə Abbasovanı qardaşı Hüseyn Abbasov qətlə yetirib. Milli.Az xəbər verir ki, mərhumun xalası hadisə ilə bağlı ATV-nin “Bizimləsən” verlişinə açıqlama verib:
“Səbinə övladı ilə birgə yaşayırdı. Bu gün uşağını yanıma qoyub Bakıya toya getməli idi. Hüseyn Səbinənin müğənni olmasını istəmirdi. Həbsdən çıxan gündən mərhumdan onu evləndirməsini, pul verməsini tələb edirdi. Hadisə binamızın qarşısında baş verib. Səbinəni çağıraraq yerə yıxıb, 15-20 bıçaq zərbəsi endirib. Səbinəni qızının gözünün qabağında öldürüb”.