Gəncədə müğənni qadın öldürülüb. Hadisə bugün səhər saatlarında küçədə baş verib.
Xezerxeber.az-ın xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Hüseyn Abbasov Bərdədə yaşayıb. O, müğənni kimi fəaliyyət göstərən Səbinə Abbasovanın ata bir, ana ayrı qardaşıdır.
İddia edilir ki, qətlə səbəb Hüseyn Abbasovun bacısından pul tələb etməsi olub. Qadın qardaşına pul verməkdən imtina edib. Hadisə də bundan sonra baş verib.