“Tərtər işi” üzrə bağlı bəraət almış gizir Məcid Qasımov maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi iddia tələbini qismən təmin edib.
Qərara əsasən, M.Qasımova həbsdə qaldığı 5 il 7 aya görə ümumilikdə 161 754 manat (maddi ziyana görə 61 254 manat, mənəvi ziyana görə 100 500 manat) təzminat kəsilib.