Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Pravda.az-a verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında gecə saatlarında keçirilən tədbir zamanı Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Kənan Mayılzadə rayonunun Həsənabad kəndi ərazisində saxlanılıb. Onun əlində olan torbaya keçirilən baxış zamanı ümumi çəkisi 4 kiloqramdan artıq olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb.