Sumqayıtda bir gecədə 3 avtomobil yanıb.
Pravda.az-ın xəbərinə görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb. Belə ki, dayanacaqda olan "Land Rover" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin arxa buferi əriyib. “Hyundai” markalı avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.