Noyabrın 5-i saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlaması nəticəsində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə nəticəsində rayon sakini 1960-ci il təvəllüdlü Asif Hüseynov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası və çox saylı qəlpə yarası xəsarətləri alıb. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.