BURADA REKLAMINIZ OLA
BİLƏR

XİN rəhbəri: Azərbaycan Rumıniyanın və Aİ-nin vacib tərəfdaşıdır

Sizin Buxarestə səfəriniz Azərbaycan və Rumıniyanın ötən 30 il ərzində genişləndirdiyi münasibətlərin göstəricisidir.

 

Bu barədə Rumıniya xarici işlər naziri Luminitsa Odobesku Buxarestdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

 

“Bu gün bizim səmərəli dialoqumuz və fikir mübadiləmiz oldu. Biz ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğuladıq. Biz həmçinin, beynəlxalq məsələləri, xüsusilə də Cənubi Qafqazda və Qara dəniz regionunda təhlükəsizlik vəziyyətini müzakirə etdik.

 

Biz münasibətlərimizdəki bu səmərəli dinamikanı davam etdirmək, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji və investisiyaların qoyulması sahələrində əməkdaşlığı dərinləşdirmək barədə razılaşdıq”, - nazir qeyd edib.

 

O vurğulayıb ki, Azərbaycan Rumıniyanın və Aİ-nin vacib tərəfdaşı olaraq qalır: “Bu yalnız Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi ilə bağlı deyil, bu, həmçinin, Azərbaycanın geostrateji mövqeyi - Avropanı Asiyaya bağlayan nəqliyyat dəhlizi imkanına malik olması ilə əlaqədardır. Azərbaycan Rumıniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır”.

Tarix: 6 Noyabr 2023, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin