Aparıcı Xoşqədəm Baxşəliyeva müğənni həyat yoldaşı Doğuşun evli olduğunu iddia edən qadının verilişə çıxarılmasına görə "Didem Arslan Yılmazla Vazgeçmə" verilişini məhkəməyə verib. Bakupost.az xəbər verir ki, bu barədə o, “Səni axtarıram” verilişində deyib.
“Mən uşaqlar üçün mücadilə aparmışam. Hər zaman uşaqları qorumuşam. Ona görə də, mən övladlarımı qorumaq məcburiyyətində idim. Bununla artıq vəkilim məşğul olacaq”, - deyə Xoşqədəm Baxşəliyeva bildirib.