Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul etdi
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Görüş zamanı tərəflər ikitərəfli strateji münasibətlərə dair məsələləri, əməkdaşlığın perspektivlərini və regiondakı son vəziyyəti müzakirə ediblər.