Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada İsa bulağında olublar.
Pravda.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma İsa bulağının ətrafında görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, Şuşa şəhərindən 4 kilometr məsafədə, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə, meşədə yerləşən İsa bulağı Azərbaycan təbiətinin nadir incilərindən hesab olunur. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.