Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı genişlənib.
İsrail Azərbaycanın müharibə şəraitində diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyi ölkələr siyahısına daxil edildi
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib. İsrail Dövləti bu siyahıya daxil edilib.
Bundan əvvəl bu siyahıda Əfqanıstan İslam Respublikası, İraq Respublikası. Liviya Dövləti, Suriya Ərəb Respublikası, Ukrayna və Fələstin Dövləti olub.