Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı birgə əməliyyat keçirib.
Pravda.az xəbər verir ki, hər bu barədə 2 qurumun birgə bəyanatında deyilir.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Azərbaycan Respublikasının ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan yaşayan, işləmək icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olan, həmçinin qanunsuz miqrasiyanı təşkil etmələrinə dair barələrində əsaslı sübutlar əldə edilən daha 16 əcnəbi müəyyən olunaraq saxlanılıb.