Naftalan şəhəri, Heydər Əliyev parkında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Pravda.az xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ağsaqqallar şurasının sədri, YAP Naftalan şəhər təşkilatının sədri, idarə, təşkilat müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, yerli və xarici turistlər və şəhər ictimaiyyəti iştirak edib.
Özündə vətənpərvərlik mövzusunu əks etdirən rəsm və əl işlərindən ibarət “Tarixi Zəfərimiz” adlı sərgi nümayiş olunub.