Bildiyim qədərilə, Azərbaycanla Ermənistan arasında anklavlar məsələsi müzakirə edilmir, ancaq belə bir məsələnin olmadığını demək də yanlışdır. Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Mülki Müqavilə Partiyasından olan deputat Ovik Ağazaryan çıxış edib.
Erməni deputat hesab edir ki, iki ölkə arasında sülh müqaviləsinin əsas bəndləri təmin edildikdən sonra anklavlar məsələsi gündəmə gələcək və hansısa yolla həllini tapacaq.