Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda atadan dəhşətli addım: Oğlunu oğurluğa cəlb etdi

892
Paylaş:
Bakıda atadan dəhşətli addım:   Oğlunu oğurluğa cəlb etdi

Əvvəllər məhkum olunmuş ata və oğlu saxlanılıb.

Daxili İşlər Nazirliyindən Pravda.az-a verilən məlumata görə, vətəndaşa məxsus bank kartından 3770 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Vüqar Nəsibov və oğlu, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Sirac Nəsibov müəyyən olunaraq saxlanılıblar.

Paylaş:

Ən son xəbərlər