Masallıda dəhşətli qətl hadisəsi baş verib.
Pravda.az bildirir ki, qızının evindəki problemi həll etməyə gedən ata onu öldürməkdə şübhəli bilinir.
Hadisə səhər saatlarında rayonun 1-ci Yeddioymaq kəndində qeydə alınıb. Kənd sakini 27 yaşlı Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 54 yaşlı Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.