Bakıda insan alveri ilə məşğul olan şəxsə hökm oxunub. Lent.az xəbər verir ki, Nigeriya Federativ Respublikasının vətəndaşı Onyebuçi Sopia Adanın öz həmyerlisi olan qadını aldadaraq istismar məqsədilə cəlb edib, insan alveri cinayəti törətməsi müəyyən olunub.
Faktla bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.