Biz, çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu.
İran Prezidenti: Biz, çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu
Pravda.az xəbər verir ki, bunu Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi deyib.
"Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır", - o deyib.