Aparıcı Zaur Baxşəliyev Şuşadakı evlərinin görüntüsünü yayımlayıb. Axşam.az xəbər verir ki, aparıcı Şuşa ilə bağlı xatirələrini izləyivğciləri ilə bölüşüb.
"Düşünməzdim ki, bir gecədə bu qədər böyüyə bilərəm"
"Uşaqlığım 11 yaşımda bitib. Heç vaxt o illərərə qayıtmaq istəmirdim. Atalı uşaqlıq illəri. O illər ki, qayğısız, şən, etinasız, uşaq kimi uşaq idim. Heç vaxt düşünməzdim ki, bir gecədə bu qədər böyüyə bilərəm. Şuşaya ayaq basanda 11 yaşıma qayıtdım. Bəlkə də inanmayacaqsınız, Şuşada gəzəndə heç bir yer gözümdə dağılmış, uçmuş görübmürdü. 11 yaşımda Cıdır düzündə vertalyota minib çıxdığım kimi idi. Şuşaya son dəfə vertalyotun pəncərəsindən baxanda ayağımın yerdən üzüldüyünü, nədənsə qopduğumu hiss elədim. Anlamırdım bu nə duyğudur, ancaq hiss edirdim ki, çox qiymətli bir şeyi itirirəm. Çox sonralar anladım ki, itirdiyim yaşamadığım uşaqlığım, doğulduğum ev, atalı günlərim, ilk məktəbim və bütün ilklərim idi.
Məni tanıyanlar bilir, atamın ölümünü heç vaxt qəbul etməmişəm. Elə bu səbəbdən qəbr üstünə də gedə bilmirdim. Şuşada hər yerdə gözüm atamı axtardı. Əlimdən tutub bu balaca şəhərin hər tinini qarış-qarış gəzdirmişdi. Hər yerdə atam var idi, amma həm də yox idi. Yoxluğunu Şuşada hiss etdim atamın. Qəbul etdim ki, o, bir daha qayıtmayacaq. Qayıdan kimi qəbr üstünə getdim. Atama Şuşadan danışdım. Nənəmgilə getdiyimi dedim və üzr istədim" deyə, Zaur yazıb.