Xəbər verdiyimiz kimi, Neftçalada 16 yaşına çatmayan şəxsə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən kişi intihar edib.
Pravda.az-ın Bakupost-a istinadən məlumatına görə, intihar edən 52 yaşlı A.Hüseynov uzun illər Rusiyada yaşayıb. O, rayonda imkanlı şəxs kimi tanınıb. Belə ki, onun bir neçə obyekti, eləcə də Neftçalanın mərkəzində avtomobilyuma məntəqəsi olub.