Xaçmaz rayonunda 1973-cü il təvəllüdlü Tural həmkəndlisi Rafiqi (adlar şərti verilib - red.) bıçaqlayıb.
Pravda.az teleqraf.com-a istinadən bildirir ki, ötən ili avqustun 12-si axşam saatlarında Tural yaşadığı Xaçmaz rayonunun kəndindəki evində həmkəndlisi Rafiqlə yeyib içib. Sərxoş olan Turalı yuxu tutub.
Gecə saat 1 radələrində arvadı Şövkətin yatdığı otaqdan səs eşidib. Yuxudan oyanıb və arvadının olduğu otağa keçib. Arvadının Rafiqlə cinsi əlaqədə olduğunu görüb. O, otaqdakı masanın üstündən götürdüyü mətbəx bıçağı ilə Rafiqin sol gicgah və qarın nahiyələrindən vurub.
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır: "Rafiq həmkəndlimdir, təxminən səkkiz ildir bir-birimizi tanıyırıq. Avqustun 12-də saat 21 radələrində Rafiq evimə gəldi. O, gələndən sonra oğlum Sahibə pul verdim və bir şüşə 0,7 litrlik araq alaraq gətirməsini tapşırdım. Rafiqlə yataq otağında oturub yeyib-içdik".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Rafiq özü mağazadan 3 ədəd spirt tərkibli "QO" içkisi alıb gətirib: "Onları da içik. Təxminən saat 23 radələrində Rafiqi yola saldım. Sonra yataq otağa keçərək yatdım. Saat 1 radələrində yan otaqdan səs eşitdim. Həmin otağa keçdim və işığı yandıranda otaqda arvadım Şövkətlə Rafiqin cinsi əlaqədə olduğunu gördüm. Özümdən asılı olmadan otaqda olan masanın üstündəki mətbəx bıçağını götürüb Rafiqi iki dəfə vurdum.
Rafiq mənə müqavimət göstərmədi. İstifadəmdə olan mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum və hadisə barədə məlumat verdim".
İş üzrə zərərçəkmiş Rafiqin sözlərinə görə, Turalın ailəsi ilə daha əvvəl dənizə gediblər: "Dənizə gedəndə Turalın arvadı Şövkət məndən xoşu gəldiyini dedi. Onun sözlərini ciddiyə almadım. Avqustun 12-də saat 20 radələrində kəndə Vəli adlı şəxsin çayxanasında çay içəndə Turalın oğlu Sahib yanına gəldi və atasının məni evə çağırdığını dedi. Mən də getdim.
Tural bir şüşə araq alaraq gətirməyimi deyəndə etiraz eləmədim. Bir şüşə 0,7 litrlik araq aldım, birlikdə içdik. Daha sonra Şövkət 6 manat pul verərək 3 ədəd spirt tərkibli "QO" içkisi alıb gətirməyimi istədi. Onu da alıb gətirdim. Bu içkiləri də içdikdən sonra Tural uşaqları ilə yatdıqları otağa keçdi. Mən də Şövkətlə birgə yan otağa keçdik. Orada Şövkətin razılığına əsasən onunla cinsi əlaqədə oldum.