Azərbaycanın Sabirabad rayonu, Zalqarağac kəndində yaşayan şəxs “Telegram” sosial şəbəkəsində “Seksi Faişeler”, “GECE KLUBU”, “TikTok Faişeleri” adlı kanallar yaradaraq pornoqrafik materiallar paylaşıb. Oxu.Az-ın məlumatına əsasən, şəxs (məhkəmə sənədlərində adı açıqlanmır) qeyd edilən pornoqrafik xarakterli videogörüntüləri, şəkilləri gəlir əldə etmək üçün yayma və reklam məqsədilə qanunsuz hazırlayıb.
O, 2023-cü ilin fevral ayından aprel ayınadək olan müddət ərzində qeyd edilən kanallarda həmin pornoqrafik xarakterli videogörüntü və şəkilləri geniş izləyici kütləsinə nümayiş etdirib.
Habelə pornoqrafik xarakterli video materiallar və şəkillərlə müxtəlif məbləğlərlə pul müqabilində qanunsuz ticarət edərək bu yolla əldə etdiyi pul vəsaitlərini bank kartına mədaxil edib.
Baxış zamanı müəyyən olunub ki, adıçəkilən kanallarda paylaşılan hər bir pornoqrafik xarakterli videoların başlığında izləyicilərin diqqətini cəlb edən və cinsi ehtirası sağlam olmayan şəkildə oyadan müxtəlif məzmunda reklam xarakterli elanlar yazılıb.
Bundan başqa, müəyyən olunub ki, təqsirləndirilən şəxs tərəfindən idarə edilən pornoqrafik xarakterli videoların reklam edildiyi kanallarda həmin məzmunlu videolar insanlanlara müəyyən ödəniş qarşılığında, 10 manata təklif edilib. Beləliklə, təqsirləndirilən şəxs ümumilikdə törətdiyi əməllərdən 400 manat məbləğində qeyri-qanuni gəlir əldə edib.
Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, faktiki olaraq Sabirabad şəhərində Zalqarağac kəndində ailəsi ilə birlikdə yaşayır.