Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu qəbiristanlığında qəbirlərin sinə daşlarının üzərində olan bahalı mərmər güldanlar oğurlanır. Artiq polis əməkdaşları həmin şəxs və ya şəxslərin axtarışlarına başlayıblar. Xezerxeber.az-ın məlumatına görə, yaxınlarının məzarını ziyarətə gələnlər gözlərinə inana bilməyiblər.
Məzar daşlarının üzərində bahalı mərmərdən olan güldanlar qoparılaraq oğurlanıb. Doğmalarını orada dəfn edənlər deyirlər ki, bir müddətdir kimlərsə məzarlıqdakı güldanlara qənim kəsiliblər.