Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xəzərdə iki balıqçı itkin düşüb, axtarışa helikopter cəlb olunub - VİDEO

905
Paylaş:
Xəzərdə iki balıqçı itkin düşüb, axtarışa helikopter cəlb olunub -        VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.
 

Bu barədə FHN Mətbuat xidmətindən bildirilib.
 

Məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.
 

Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-cü il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.


Paylaş:

Ən son xəbərlər