Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakı-Ələt yolunda baş verən zəncirvari qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

904
Paylaş:
Bakı-Ələt yolunda baş verən zəncirvari qəza ilə bağlı     RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt yolunda baş verən zəncirvari qəza barədə açıqlama verib.

İdarədən bildirilib ki, bu gün 16 radələrində Bakı- Qazax- Gürcüstan avtomobil yolunun 70-ci kilometrliyində iki nəqliyyat vasitəsi toqquşub:

“Hadisə nəticəsində sıxlıq yaranıb. Daha sonra zəncirvari qəza baş verib və ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Hazırda əraziyə əməkdaşlarımız cəlb olunublar. Avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub”.

Paylaş:

Ən son xəbərlər