Yevlax şəhərində törədilən qətlin bəzi təfərrüatı məlum olub. Qətlə yetirilən şəxsin "Azəri canavar" ləqəbli tiktoker olduğu məlum olub.
“Report”un məlumatına görə, dünən günorta saatlarında Yevlax şəhərində 1991-ci il təvəllüdlü Əhməd Əhəd oğlu Nəsibov küçədə başından güllələnərək qətlə yetirilib.
Mərhumun anası Simuzər Nəsibova bildirib ki, oğlunu bir gün öncə tanımadıqları şəxs evdən bayıra çağırmışdı:
“Mən həmin vaxt oğlumun arxasınca çıxdım. Həmin adam mənim oğlumun arxasınca gəldiyimi görüb çıxıb getdi. Bu gün də oğlum çörək almaq üçün marketə getmişdi, sonra eşitdim ki, oğlumu güllələyiblər” - deyə mərhumun anası bildirib.