Lənkəranda TIR-larla toy karvanı təşkil edən sürücülər saxlanılıblar. “Qafqazinfo” xəbər verir ki, rayonun Narbağı kəndində keçirilən toy məclislərindən birində bəyin atası və tanışlarının idarə etdikləri TIR-larla toy karvanı təşkil etmələrinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Onların yük avtomobilləri ilə Lənkəran-Lerik yolunda digər nəqliyyat vasitələri üçün təhlükəli manevrlər etdikləri, yolda hərəkəti çətinləşdirdikləri bildirilib. Həmin nəqliyyat vasitələri yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.