Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verən qətli törədən saxlanılıb

906
Paylaş:
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verən qətli törədən saxlanılıb

Noyabrın 12-də saat 23 radələrində Binəqədi rayonu ərazisində 1999-cu il təvəllüdlü İzmir Savadovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Pravda.az xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.


Araşdırmalarla 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub.


Hazırda ibtidai istintaq davam edir.


Paylaş:

Ən son xəbərlər