Fransanın Ruan şəhərində ailəsi ilə birgə yaşayan Adelya adlı azərbaycanlı tələbə qız AzTv-yə Skype vasitəsi ilə qoşularaq koronavirusla bağlı oradakı son durum barədə məlumat verib.
Milli.Az xəbər verir ki, Sarqon Universitetində təhsil alan Azərbaycan doğumlu Adelya gələn həftədən Fransanın karantindən çıxmağa başlayacağını deyib: "Bir həftəyə 2 ay olacaq ki, biz burada tamam karantin dönəmindəyik. İki aydır ki, bayıra çıxmaq qadağandır. Çox nadir səbəblərlə çıxmaq haqqımız var. Bir ay bundan qabaq pandemiya burada pikə çatmışdı. Vəziyyət çox çətin olmuşdu. Amma hazırda düzəlməyə doğru gedir və karantindən çıxışa doğru gedirik. Yəni ki, mayın 11-dən karantindən çıxmağa başlayacağıq".Milli.az
Mayın 11-də karantin başa çatır - AÇIQLAMA