Müşfiqabadda bıçaqla sürücünü hədələyərək telefon və pulqabısını götürən şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Noyabrın 12-də saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sərnişinin sürücünü kəsici alətlə hədələyərək içərisində mobil telefonu olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.