Noyabrın 13-nə keçən gecə Binəqədinin Matadrom yaşayış massivində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Pravda.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin 1999-cu il təvəllüdlü İzmir Savadovun və 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin avtomobillərinin üz-üzə gəlməsi və bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.


