Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda saxlanılan Azərbaycan mafiyasının lideri Rusiyaya aparıldı SİYAHI

2 376
Paylaş:
Bakıda saxlanılan Azərbaycan mafiyasının lideri Rusiyaya aparıldı       SİYAHI

Bakıda saxlanılan “Azərbaycan mafiyası”nın lideri 17 yaşlı Tural Məmmədov Rusiyaya ektradisiya edilib.
 

Lent.az bu barədə Rusiya teleqram kanallarına istinadla bildirir. Məlumata görə, o, hazırda istintaq təcridxanasında saxlanılır.


Onun barəsində xuliqanlıq, nifrət və düşmənçiliyin salınmasına yönəlmiş hərəkətlərlə əlaqədar ittiham elan olunub.


Qeyd edək ki, bir neçə gün əvvəl T. Məmmədovun Bakıda saxlanılması barədə xəbər vermişdik.


O, Rusiyanın Sankt-Peterburq şəhərində özlərini “Azərbaycan mafiyası” adlandıran yeniyetmələrdən ibarət dəstənin lideri olub. Dəstə üzvləri şəhər ərazisində yeniyetmələri döyərək videosunu sosial şəbəkədə paylaşıblar. Yerli polisin keçirdiyi əməliyyatlar nəticəsində dəstə üzvləri saxlanılsa da, T. Məmmədov ölkədən qaçmağı bacarmışdı. Buna görə də, Rusiya hüquq-mühafizə orqanları onun barəsində beynəlxalq axtarış qərarı vermişdi.

Paylaş:

Ən son xəbərlər