Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində İran İslam Respublikası vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub.
İran İslam Respublikası vətəndaşı Camal Farjam Özbəkistan Respublikasından üçüncü ölkəyə daşınması məqsədilə Azərbaycana idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində Azərbaycan Respublikası vətəndaşı F.Niyazovun ondan 9.100 ABŞ dolları məbləğində pul vəsaiti aldığını bildirib.