Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Axtarışda olan şəxs İranla sərhədi pozmağa cəhd edərkən saxlanıldı

687
Paylaş:
Axtarışda olan şəxs İranla sərhədi pozmağa cəhd edərkən saxlanıldı

Axtarışda olan şəxs dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, noyabr ayının 14-də saat 10:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:

Ən son xəbərlər