Müğənni Xatirə İslam üzünə kök hüceyrə prosseduru etdirib. Sənətçi körpə uşağın hüceyrəsinin ona köçürüldüyün vurğulayıb. Onun bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. "Uşağın hüceyrəsi necə əldə edilir” sulı cəmiyyətdə daha çox müzakirə edilir. Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, başqa orqanizmdən götürülən orqan, toxuma digər orqanizmə köçürüldükdə, yəni, nəql edildikdə onun həmin orqanda davam gətirməsi, işləməsi üçün xüsusi terapiyaya ehtiyac var: "Bu orqan nəqli məsələsidir. Kök hüceyrələri orqanizmin özündən götürülür. Yəni, orqanizmin öz hüceyrələri olur. Uşaq hüceyrəsi ilə bağlı məlumatlar mətbuata yalnış şərh edilir. Abort qanından, plasentar qandan, təbabətdə müxtəlif dərman preparatlarının hazırlanmasından istifadə edilir. Belə bir praktika mövcuddur.
Ola bilsin ki, söhbət bu cür maddələrdən getsin. Amma uşağın hüceyrəsini götürüb, böyük adama köçürtmək bir orqanizmdən digərinə köçürtmək deməkdir. Bu orqan nəqli anlamına gəlir. Bu, real görünmür. Burada yalnışlıq var. Məsələ təhlil olunmalıdır. Hesab edirəm ki, yalnış anlaşılıb”.
Tibb elmləri doktoru, professor Nəsib Quliyev uşaq hüceyrələrinin əldə edilməsinin mümkün olduğunu deyib: