“Qanunsuz idman mərc oyunları uzun müddətdir yayılıb, bu barədə artıq ölçü götürülməlidir, müvafiq tədbirlər görülməlidir. Bu cür oyunlarla əyləncə və pul adı altında gəncləri cəlb edirlər. Belə oyunlar həm də insan psixologiyasına ciddi təsir göstərir, gənclərin inkişafına da mənfi təsiri böyükdür. Həmişə bunun əleyhinə olmuşam”.
Pravda.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında qanunsuz idman mərc oyunlarının keçirilməsinə və təbliğatına münasibət bildirən deputat Etibar Əliyev deyib. O bildirib ki, şans oyunlarında bəxtini sınamaq istəyənlər üçün qanuni təşkil olunan oyunlar var, televiziyalarda da göstərilir. Amma qanunsuz mərc oyunlarını təşkil edənlər vergidən yayınırlar, buna yol vermək olmaz: