İsmayıllı rayonunda 3,4 maqnitudalı zəlzələ olub.
Azərbaycanda zəlzələ oldu
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3,4, dərinliyi 7 km olan zəlzələ qeydə alınmışdır. Zəlzələ 3 bal gücündə hiss olunub.