Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris meri Ann İdalqoya açıq məktub ünvanlayıb.
Pravda.az xəbər verir ki, səfir məktubu "X" sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.
Diplomat məktubunda meri faktları təhrif etməməyə çağırıb. L.Abdullayeva qeyd edib ki, A.İdalqo bu yaxınlarda Azərbaycandakı erməni əsirlərin azad edilməsi ilə bağlı yanlış məlumat verib"
"Mən Azərbaycan səfiri və vətəndaşı kimi bildirirəm ki, onun əldə etdiyi məlumatlar yanlış mənbələrdəndir. Bu məlumatlar Qafqazda sülhün olmasını istəməyən mənbələrdən gəlir”.


