Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Maska taxmayanlar cərimələnəcək – Qaydalar sərtləşdirildi

1 317
Paylaş:
Maska taxmayanlar cərimələnəcək –       Qaydalar sərtləşdirildi

“Karantindən öncə iş günlərində bir gün ərzində 800 min, şənbə günləri 600 min, bazar günü 450 min sərnişin daşınıb”.

Pravda.az-ın xəbərinə görə, bunu “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov deyib.

O bildirib ki, il ərzində orta hesabla bir gün ərzində 650 min sərnişin daşınırdı: “Lakin yanvarda 39 milyon sərnişin daşınmaqla statistikada artım qeydə alınıb. Mart ayında isə daşınmalar azalıb, ümumi 12 milyon sərnişin daşınıb”.

Sədr maska məsələsinə də aydınlıq gətirib: “Metropoliten stansiyalarında maska taxmayan şəxslərlə bağlı cərimə mexanizmini metroda fəaliyyət göstərən polis şöbəsinin əməkdaşları təmin edəcək”.

Z. Hüseynov əlavə edib ki, metroda mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq: “Təmas olan yerlər, vestibüllər, tutacaqlar gündə 3 dəfə dezinfeksiya olunacaq”.

Paylaş:

Ən son xəbərlər