Cari ilin noyabr ayının 17-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Pravda.az xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə hər kəsi təbrik edib, xalqımıza daim inkişaf və rifah arzulayıb. Sonra sədr Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Daha sonra iclasda Bakı şəhəri 6 saylı Vəkil Bürosunun müdiri Elxan Aslanov uzun illər səmərəli vəkillik fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" adı ilə təltif edilib.
Həmçinin iclasda Vəkillər Kollegiyasının Akademiyasının ştat cədvəlinin təsdiq olunması məsələsinə baxılıb, Akademiyanın strukturu və əsasnaməsi təsdiq edilib.
.jpg)
.jpg)