“Hər kəs Parlamentdəki məlum çıxışıma qulaq assa bilər ki, mən sual etmişəm ki, Xankəndini, Şuşanı alan, ora bayraq sancan 10 milyonluq Azərbaycan xalqının, türk dünyasının başını uca eləyən belə bir insana qarşı müxalifətçilik etməkdə haqlıyammı? Mən bu sualı qoyuram və özüm də cavab verirəm ki, Vətən və Qarabağ məsələsində olmaz! Qalan məsələlərdə isə müxalifətçilik olmalıdır. Mən hüquqşünas ola-ola necə deyə bilərəm ki, müxalifətçilik olmaz, ehtiyac yoxdur müxalifətçiliyə? Bu, sadəcə olaraq, həmin adamın özünün quramasıdır. Tezis kimi ortaya atıb ki, Prezident Aparatı öyrədir ki, İlham Əliyev qarşı, hakimiyyətə qarşı müxalifətçilik olmasın...”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli “Sizin Parlamentdə məlum çıxışınızdan sonra AXCP sədri Əli Kərimli bir neçə dəfə, sonuncu olaraq da Qənimət Zahidə müsahibəsində bildirib ki, “İlham Əliyevə qarşı müxalifətçilik olmamalıdır”- tezisi Prezident mətbəxindən irəli sürülüb”, Siz də guya onu icra edirsiniz? Bu iddia barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirib.
T.Kərimli bildirib ki, müxalifətçilik düşmən mövqedə olmaqla deyil, konstruktiv olmalıdır: “Bəzi müxalifət liderləri müəyyən vasitələrlə özlərini, övladlarını yaxşı həyat tərzi ilə təmin ediblər. Amma Xalq Hərəkatının üzvləri var. Onlar ailələrin saxlamağa, Vətənə xidmət etməkdə çətinlik çəkirlər. Siz onların da qarşısını bloklayırsınız. Olmaz ki, müxalif mövqeyi konsturuktiv edək? Məsələn, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vaxtı ilə AXC müşaviri idi. Başqaları da var ki, dövlətə də, ailələrinə də xidmət edirlər. Mən bu məsələni qoymuşam. Bir halda ki, həmin adam özü etiraf edir ki, bizim hakimiyyətə gəlmək imkanımız yoxdur. Yaxşı, onda nə istəyirsən? “Prezidentlə debat istəyirəm”, “Prezident olacağam” və yaxud “Prezident mənim təkliflərimi nəzərə alıb, Qarabağa bayraq taxdı, orda iştirak etdi” kimi fikirlər gülünc görünmür? Bunlar qeyri-ciddi söhbətlərdir və sizə heç ciddi münasibət bəslənilmir. İkincisi, əksinə Prezident Administrasiyası bizə müxalifət partiyaları kimi baxır. Vəhdət Partiyasının Nizamnaməsində “mərkəzçi” mövqeyi var. Biz prinsiplərimizdən heç vaxt geri durmamışıq. Biz heç kəsin adı ilə də alver etmirik. Özlərini bilinmir hansı mərkəzdən öyrədirlər, elə bilirlər, bizi də öyrədirlər. Qeyd etdiyim ki, Prezident Administrasiyası bizi müxalifət kimi görür, Parlamentdə də müxalifət kimi təqdim olunuruq. Necə ola bilər ki, mən özüm mərkəzçi mövqeyi tuturam, müxalifət deyil, amma mənə deyirlər ki, səni öyrədirlər belə danış. Məntiq yoxdur axı burda. Mən özüm nə zaman demişəm ki, mən müxalifət partiyasıyam? Mən demişəm ki, Vəhdət Partiyası mərkəzçi partiyadır. İqtidarın da, müxalifətin də yaxşısına yaxşı, pisinə pis deyir. Mənim çıxışlarımı izləyən hər kəs bilir ki, iqtidarı da tənqid edirəm, müəyyən tələb qoyuram qarşısına, müxalifəti də. Bundan başqa, “avtobus müxalifəti”, “idarə olunan müxalifət” və s. kimi sözlər deyirlər. Mən bu gün də arzu edirəm ki, elə bizi avtobusa yığsınlar, Xankəndiyə, Xocalıya aparsınlar. Necə ki Şuşaya getdik, işğaldan azad olunmuş yerlərə getdik. Necə ki Vətən müharibəsi dövründə hamımız Bəyanat verdik, dövləti müdafiə etdik. Tək Vəhdət Partiyası olaraq 40-dan çox beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərini çatdırmaqdan ötrü məktublar yazdıq. Hamımızın bu qələbədə zərrə də olsa, payımız olub. Bu nə deməkdir ki, bizi Prezident aparatı idarə edir? Onu deyim ki, Ədalət Vəliyevin rəhbərliyi etdiyi PA-nın Siyasi Partiyalar və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaranandan sonra görün nələr baş verib: