Tovuz rayonu Aşağı Öysüzlü kəndində törədilən qətlin bəzi təfərrüatı məlum olub.
Dünən axşam saatlarında Tovuz rayonu Aşağı Öysüzlü kəndində, “Ağ dağ” deyilən ərazidə yerləşən fermaların birində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma sahibinin oğlu olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Eldar İbrahimov isə orada çobanlıqla məşğul olub.