Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
M.Quliyev bu vəzifəyə qədər müdafiə sənayesi naziri idi. O, general-polkovnik ali hərbi rütbəsini daşıyır və Azərbaycanın Milli Qəhrəmanıdır.
Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbinin birinci sinfinə gedib, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirib.
1975-1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.
1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.
Mədət Quliyev 1982-ci ildə Gəncə şəhərinin Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışıb.
1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə başlayıb.
1993-1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışıb. 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası almasına rəğmən geri çəkilməyib və cinayətkarların zərərsizləşdirilməsinə nail olub.
1994-1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Regional Şöbəsinin (Yevlax-Qazax) rəisi vəzifəsində çalışıb. Mədət Quliyevin rəhbərliyi altında keçirilən əməliyyatlar nəticəsində ölkədə formalaşmış cinayətkar dəstələr və reket qruplaşmalar məhv edilib. Həmçinin, 1994-cü il oktyabr hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
1995-1996-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi;
1996-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini;
2001-2002-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi;
2002-2004-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi;
2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi;
2006-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifələrini icra edib.
2011-ci ildə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
O, Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 881 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli 1462 nömrəli Sərəncamı ilə Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.
2015-ci ildə Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib və nazir vəzifəsini icra edib.
2015-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, 2019-cu ildən isə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri olub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ildə general-polkovnik ali hərbi rütbə verilib.
Sabiq nazir sambo üzrə idman ustasıdır, triatlon idman növü ilə məşğuldur.
Rus, ingilis, alman və türk dillərini bilir.
Ailəlidir, 4 övladı var./Oxu.az
16 Yanvar 13:45
16 Yanvar 13:32
16 Yanvar 13:29
16 Yanvar 13:28
16 Yanvar 13:24
16 Yanvar 13:20
16 Yanvar 13:17
16 Yanvar 13:14
16 Yanvar 13:13
16 Yanvar 13:10
16 Yanvar 13:06
16 Yanvar 12:55
16 Yanvar 12:51
16 Yanvar 12:42
16 Yanvar 12:37
16 Yanvar 12:34
16 Yanvar 12:24
16 Yanvar 12:23
16 Yanvar 12:22
16 Yanvar 12:20
16 Yanvar 12:16
16 Yanvar 12:16
16 Yanvar 12:14
16 Yanvar 12:11
16 Yanvar 12:07
16 Yanvar 11:59
16 Yanvar 11:57
16 Yanvar 11:54
16 Yanvar 11:50
16 Yanvar 11:45
16 Yanvar 11:33
16 Yanvar 11:32
16 Yanvar 11:13
16 Yanvar 11:09
16 Yanvar 11:06
16 Yanvar 11:04
16 Yanvar 11:02
16 Yanvar 10:54
16 Yanvar 10:49
16 Yanvar 10:44
16 Yanvar 10:36
16 Yanvar 10:32
16 Yanvar 10:30
16 Yanvar 10:08
16 Yanvar 10:00
16 Yanvar 09:46
16 Yanvar 09:44
16 Yanvar 09:30
16 Yanvar 09:21
16 Yanvar 09:16
16 Yanvar 09:10
16 Yanvar 01:19
16 Yanvar 00:43
16 Yanvar 00:41
16 Yanvar 00:25
16 Yanvar 00:23
16 Yanvar 00:17
16 Yanvar 00:13
16 Yanvar 00:08
16 Yanvar 00:05
15 Yanvar 22:58
15 Yanvar 22:56
15 Yanvar 22:50
15 Yanvar 22:49
15 Yanvar 22:48
15 Yanvar 22:45
15 Yanvar 22:42
15 Yanvar 22:41
15 Yanvar 21:37
15 Yanvar 21:36
15 Yanvar 21:34
15 Yanvar 20:37
15 Yanvar 19:50
15 Yanvar 19:07
15 Yanvar 18:54
15 Yanvar 18:34
15 Yanvar 18:30
15 Yanvar 17:41
15 Yanvar 17:34
15 Yanvar 17:26
15 Yanvar 17:24
15 Yanvar 17:23
15 Yanvar 17:21
15 Yanvar 17:17
15 Yanvar 17:05
15 Yanvar 16:51
15 Yanvar 16:47
15 Yanvar 16:43
15 Yanvar 16:39
15 Yanvar 16:30
15 Yanvar 16:26
15 Yanvar 16:19
15 Yanvar 16:13
15 Yanvar 16:07
15 Yanvar 16:01
15 Yanvar 16:00
15 Yanvar 15:56
15 Yanvar 15:51
15 Yanvar 15:47
15 Yanvar 15:36
15 Yanvar 15:19
15 Yanvar 14:57
15 Yanvar 14:46
15 Yanvar 14:13
15 Yanvar 14:11
15 Yanvar 14:04
15 Yanvar 14:01
15 Yanvar 13:58
15 Yanvar 13:53
15 Yanvar 13:44
15 Yanvar 13:36
15 Yanvar 13:19
15 Yanvar 13:12
15 Yanvar 13:10
15 Yanvar 13:04
15 Yanvar 13:00
15 Yanvar 12:55
15 Yanvar 12:50
15 Yanvar 12:46
15 Yanvar 12:30
15 Yanvar 12:26
15 Yanvar 12:14
15 Yanvar 12:12
15 Yanvar 12:06
15 Yanvar 11:55
15 Yanvar 11:52
15 Yanvar 11:42
15 Yanvar 11:35
15 Yanvar 11:02
15 Yanvar 10:59
15 Yanvar 10:52
15 Yanvar 10:52
15 Yanvar 10:47
15 Yanvar 10:46
15 Yanvar 10:46
15 Yanvar 10:41
15 Yanvar 10:38
15 Yanvar 10:37
15 Yanvar 10:35
15 Yanvar 10:34
15 Yanvar 10:33
15 Yanvar 10:27
15 Yanvar 10:22
15 Yanvar 10:20
15 Yanvar 10:09
15 Yanvar 10:07
15 Yanvar 10:04
15 Yanvar 10:01
15 Yanvar 09:59
15 Yanvar 09:57
Ən son xəbərləri səhifəmizdən də izləyin