Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev təqaüdə göndəriləcək. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu ayın 30-da 65 yaşı olacaq general-leytenant öz istəyi ilə vəzifəsindən azad olunması üçün müvafiq müraciət ünvanlayıb.
Etibar Mirzəyev FHN-də yanğın sahəsinə nəzarət edir. Daha doğrusu, FHN-də Dövlət Yanğından Mühafızə Xidmətinə və Dövlət Yanğın Nəzarəti Xidmətinə birbaşa rəhbərlik edən şəxsdir.